İDMAN

Azərbaycan yığması bu gün Millətlər Liqasında növbəti oyununa çıxacaq

Slovakiya komandası ilə oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Sputnik
BAKI, 8 sentyabr - Sputnik. Bu gün futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv səfərdə Slovakiyanın qonağı olacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.
Görüşü polşalı FIFA referisi Damian Silvestrjak idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə doğma meydanda İsveç seçməsinə məğlub olub- 1:3.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.