İDMAN

Azərbaycan idmançıları V Dünya Köçəri Oyunlarının açılışında iştirak ediblər

Ümumilikdə tədbirdə 89 ölkədən təxminən 2800 nəfərin yarışlarda iştirakı gözlənilir.
Sputnik
BAKI, 8 sentyabr - Sputnik. Astanada sentyabrın 8-də V Dünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi olub. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, mərasim "Astana Arena" stadionunda 3 min sənətçinin iştirakı ilə reallaşıb.
Əvvəlcə iştirakçı ölkələrin komandaları əlifba sırası ilə ayrı-ayrı qruplar şəklində təntənəli yürüş ediblər. Azərbaycan idmançıları da bu yürüşdə yer alıblar.
Yarışlarda Azərbaycan 8 növ üzrə 54 idmançı ilə təmsil olunur.
V Dünya Köçəri Oyunları sentyabrın 13-dək davam edəcək. Tədbirdə 89 ölkədən təxminən 2800 iştirakçının qatılması gözlənilir. Oyunlarda 21 idman növü üzrə 97 dəst medal uğrunda mübarizə aparılacaq.
Ümumdünya Köçəri Oyunları unikal, analoqu olmayan, etnik oyunlar, yarışlar, əyləncələr, köçərilərin məişətini, mədəniyyətini, ənənələrini və yaşam tərzini nümayiş etdirən irimiqyaslı və möhtəşəm hadisədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.