BAKI, 7 sentyabr — Sputnik. Rusiya Silahlı Qüvvələri hərbi pilotsuz uçuş aparatlarından (PUA, dron) istifadə üzrə dünyada ən yaxşısıdır.
Bunu Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev "TASS" agentliyinə müsahibəsində deyib.
"Aydındır ki, biz böyük təkan əldə etmişik. Dronlarla bağlı Rusiyadan yaxşı heç bir ölkə yoxdur. Bu, tamamilə aydındır", Medvedev bildirib.
Xüsusi hərbi əməliyyat (XHƏ) başlamazdan əvvəl dünyada heç kim dronlardan bu qədər geniş istifadə etməyib. Medvedev əminliklə bildirir ki, texnoloji tərəqqi hərbi əməliyyatlar strategiyanın dəyişilməsinə töhfə verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.