İDMAN

Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Sputnik
BAKI, 7 sentyabr - Sputnik. Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.
Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.