DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran səfiri Ermənistanı dəstəkləyib Rusiyaya söz atdı

Mehdi Sobhani deyib ki, İran başqa ölkələrin Ermənistana gələrək təhlükəsizliyi təmin etməsini dəstəkləmir.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. İranın Ermənistandakı səfiri Mehdi Sobhani jurnalistlərə gələcək Azərbaycan-Ermənistan-Naxçıvan kommunikasına nəzarət etmək üçün xarici özəl şirkətlərin cəlb edilməsi imkanlarını şərh edib.
Səfir bildirib ki, İran üçüncü ölkələrin nümayəndələrinin Sünikdə kommunikasiyalara nəzarət etməsinin əleyhinədir.
Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi funksiyalarının özəl şirkətlərə verilməsi imkanını nəzərdən keçirdiklərini bəyan edib.
İran səfirinin sözlərinə görə, Ermənistan hakimiyyətinin bəyanatına əsasən, sərhəd məntəqələrində nəzarət Ermənistan hakimiyyəti tərəfindən həyata keçiriləcək.
"Biz hər şeyin Ermənistanın suverenliyi çərçivəsində olmasının tərəfdarıyıq, hər hansı bir nəzarət Ermənistan tərəfindən olacaq. Biz başqa ölkələrin bura gələrək təhlükəsizliyi təmin etməsini dəstəkləmirik", Sobhani deyib.
O qeyd edib ki, Ermənistan hakimiyyəti də bundan danışır: "Hər şey Ermənistanın suverenliyi çərçivəsində olacaq. Beləliklə, söhbət təhlükəsizlik məsələsinin hansısa beynəlxalq şirkətə verilməsindən getmir. Məsələ ondadır ki, yüklərin daşınması zamanı hansısa ticarət şirkətinin nümayəndəsi ola bilər, nəzarət və təhlükəsizliyi Ermənistan hökuməti təmin edəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.