İDMAN

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda bolqarıstanlı Dimitar Qospodinovu sınağa çəkib.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.
73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda bolqarıstanlı Dimitar Qospodinovu sınağa çəkib.
Rəqibinə qalib gələn V. Qələndərzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirə sentyabrın 8-də yekun vurulacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.