CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 4,5 ballıq zəlzələ oldu

Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ yerli vaxtla 10:45-də qeydə alınıb.
Sputnik
BAKI, 5 sentyabr — Sputnik. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Sputnik Azərbaycan-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla 10:45-də qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda ən son zəlzələ iyunun 28-də saat 07:43 -də Lerik stansiyasından 27 kilometr şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.