BAKI, 4 sentyabr — Sputnik. Gürcüstan parlamenti ölkədə LGBT(hərəkat Rusiya Federasiyasında ekstremist kimi tanınıb və qadağandır) təbliğatını qadağan edən qanun layihəsini ikinci oxunuşda səs çoxluğu ilə qəbul edib .
Plenar iclas respublikanın ali qanunvericilik orqanının internet saytında canlı yayımlanıb.
81 deputat qanun layihəsinin lehinə səs verib. Daha əvvəl parlamentdə iştirakı boykot elan edən müxalifət deputatları iclasda iştirak etməyiblər.
Qanun layihələrinin müəllifləri hakim "Gürcü arzusu" partiyasının üzvləridir.
Qanun layihəsi LGBT təbliğatına, eynicinsli nikahlara və cinsiyyətin dəyişdirilməsinə qadağa, o cümlədən eyni cinsdən olan cütlük və ya eyni cinsdən olan şəxs tərəfindən eynicinsli intim münasibətləri, qohumluq əlaqəsini, övladlığa götürmə və ya qəyyumluğu təşviq etmək məqsədi daşıyan görüş və kampaniyaların qadağan edilməsini ehtiva edir. Cinsiyyətin dəyişdirilməsi ilə bağlı tibbi müdaxilə də qadağan ediləcək, televiziyada eyni cinsdən olan intim səhnələr qadağan ediləcək. Dəyişikliklər paketi həmçinin 18 yaşdan kiçik şəxslər üçün kinoteatrlarda homoseksual səhnələri olan filmlərə baxılmasına məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.