NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti kəskin ucuzlaşıb: Çin və Liviya enerji bazarını iflic edir

Liviyada neft ixracatının bərpa olunacağına dair gözləntilər, qlobal tələb artımının aşağı düşməsi ilə bağlı narahatlıqlar səbəbiylə neft qiymətləri 4%-dən çox ucuzlaşıb.
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Dünya bazarında Azərbaycan nefti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,01 dollar və ya 3,69 faiz azalaraq 78,55 dollar olub.
Liviyada neft ixracatının bərpa olunacağına dair gözləntilər, qlobal tələb artımının aşağı düşməsi ilə bağlı narahatlıqlar səbəbiylə neft qiymətləri 4%-dən çox ucuzlaşıb.
"Brent" markalı neft 37 sent ucuzlaşaraq 73,38 dollara düşüb. ABŞ-nin Qərbi Texas nefti 41 sent ucuzlaşaraq 69,93 dollar olub. Neft qiymətləri son vaxtlar təzyiq altındadır. Çində tələbin azalması və aparıcı hasilatçılardan təklifin artması ehtimalı ilə bağlı narahatlıqlar qiymətlərə təsir edib.
Bazar ertəsi Liviyanın əsas limanlarından neft ixracı dayandırılıb və ölkə miqyasında hasilat azalıb. Bu pozulmalara baxmayaraq, ekspertlər təsirin məhdud ola biləcəyini qeyd edirlər. Çində tələb ilə bağlı narahatlıqlar Liviyada tədarükün kəsilməsini kompensasiya edir.
"Bloomberg" agentliyinin məlumatına görə, ərazisində iki hakimiyyətin fəaliyyət göstərdiyi Liviyanın Mərkəzi Bankını kimin idarə etməsi ilə bağlı çıxılmaz vəziyyət yaranıb. Şimali Afrika ölkəsi tədricən iqtisadi xaosa sürüklənir. Digər tərəfdən, inflyasiyaya qarşı mübarizə və iqtisadiyyata zərbə vuran pandemiyadan sonra Liviyada yoxsulluğun səviyyəsi də artır.
Bu arada, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər bir il ərzində könüllü 2,2 milyon barel hasilatın azaldılmasını mərhələli şəkildə dayandırmağa hazırlaşır.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
03.09.24, 11:03
Çin neft bazarına təsir göstərir
Dünya bazarlarında neft qiymətlərində ucuzlaşma müşahidə edilir. Dünyanın ən böyük neft idxalçısı olan Çində ləng iqtisadi artımın tələblə bağlı narahatlıqları artırması qiymətləri aşağı salıb.
"Brent" markalı neft 0,5 faiz ucuzlaşaraq 77,15 dollar, ABŞ-nin Qərbi Texas nefti 0,18 faiz ucuzlaşaraq 73,91 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti 0,16 faiz azalaraq 81,56 dollar təşkil edib.
Neft qiymətləri son vaxtlar təzyiq altındadır. Çində tələbin azalması və aparıcı hasilatçılardan təklifin artması ehtimalı ilə bağlı narahatlıqlar qiymətlərə təsir edib.
Bazar ertəsi Liviyanın əsas limanlarından neft ixracı dayandırılıb və ölkə miqyasında hasilat azalıb. Bu pozulmalara baxmayaraq, ekspertlər təsirin məhdud ola biləcəyini qeyd edirlər. Çində tələb ilə bağlı narahatlıqlar Liviyada tədarükün kəsilməsini kompensasiya edir.
Qeyd edək ki, "Bloomberg" agentliyinin məlumatına görə, ərazisində iki hakimiyyətin fəaliyyət göstərdiyi Liviyanın Mərkəzi Bankını kimin idarə etməsi ilə bağlı çıxılmaz vəziyyət yaranıb. Şimali Afrika ölkəsi tədricən iqtisadi xaosa sürüklənir. Digər tərəfdən, inflyasiyaya qarşı mübarizə və iqtisadiyyata zərbə vuran pandemiyadan sonra Liviyada yoxsulluğun səviyyəsi də artır.
Bu arada, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər bir il ərzində könüllü 2,2 milyon barel hasilatın azaldılmasını mərhələli şəkildə dayandırmağa hazırlaşır.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.