BAKI, 4 sentyabr — Sputnik. Azərbaycanda qoyun ətinin qiyməti bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, il ərzində qoyun ətinin qiymətində artım müşahidə edilib. Məsələn, yanvar ayında qoyun ətinin orta aylıq pərakəndə satış qiyməti 16 manat olduğu halda, iyul ayında bu qiymət 16,76 manat təşkil edib. Cari il ərzində ən yüksək bahalaşma isə iyun ayında qeydə alınıb. Aylıq müqayisədə iyun ayında qoyun ətinin qiyməti 2 faiz qalxıb.
Bəs, maraqlıdır qoyun ətinin bahalaşmasının səbəbləri nədir? Payız aylarında qiymətlərdə nə gözlənilir?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə qoyun ətinin bahalaşmasının bir neçə səbəbi var:
Ekspert bildirib ki, əsasən Rusiya və Gürcüstandan diri qoyunlar idxal edirik:
"2022-ci ildə 194562 baş diri qoyun idxal edildiyi halda, 2023-cü ildə bu rəqəm 320543 başa çatıb. Qoyun idxalı artırılmalıdır ki, müəyyən məhsul bolluğu olsun, amma idxal qiymətlər də bahalaşıb".
Payız aylarında qiymətlər necə olacaq?
"Yay tətili ilə əlaqədar əhalinin ət istehlakı artıb. Payız aylarında isə qoyun ətinə tələbat azalacaq. Lakin payız aylarında qoyun ətinin ciddi şəkildə ucuzlaşacağını gözləmirəm. Ola bilər 50 qəpik və ya 1 manat ucuzlaşma olsun, amma ciddi ucuzlaşma gözləmirəm" - ekspert əlavə edib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında ölkəmizdə diri çəkidə 331,2 min ton ət istehsal olunub. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ət istehsalı 1,3 faiz artıb.
Kəlbəcər və Laçın yaylaqları...
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, yazın son ayından başlayaraq heyvanların yaylaqlara aparılmasına başlanılır. Bu zaman heyvanların sağlam olması və qısa müddətdə təyin olunmuş yerə, yəni yaylaqlara çatdırılması vacib şərtlərdən biridir. Yaylaqlarda son dərəcə zəngin bitki örtüyü və yem ehtiyatı mövcuddur. Köç prosesi müvafiq dövlət qurumları ilə razılaşdırılmış vahid reqlament əsasında həyata keçirilir. Reqlamentə əsasən, yaylaq mövsümü sentyabrın əvvəllərində başa çatır. Qaydalara əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər öz təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürə bilərlər. Təsərrüfatlarını yaylaqlara köçürmək istəyən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər təsərrüfatın yerləşdiyi rayon üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət etməlidir. 2023-cü il mövsümündə 1177 qoyunçuluq təsərrüfatı Laçın və Kəlbəcər yaylaqlarına qalxıb.
Xatırladaq ki, bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Eldar Həsənov "Report"a deyib ki, Azərbaycanda qoyunların sayının azalmasına səbəb həm də onların erkən yaşda, az çəkidə kəsilməsidir:
E.Həsənov diqqətə çatdırıb ki, ölkədə intensiv və yarım intensiv qoyunçuluğun inkişafı əhəmiyyətlidir. Bu sahədə fəaliyyət göstərən fermalar var. Fermerlər bu sahədə təcrübəni öyrənməli, tətbiq etməlidir.