SƏHİYYƏ

Azərbaycanda orqan transplantasiyası: 4000-dən artıq xəstənin orqan nəqlinə ehtiyacı var

Yeganə Abbasova qeyd edib ki, ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlər olsa da, onların sayı azdır.
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Bu ilin altı ayında 61 böyrək, 54 qaraciyər, 49 buynuz qişa, 21 sümük iliyi transplantasiyası əməliyyatları aparılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
O bildirib ki, 2024- cü ilin ilk altı ay ərzində aparılan əməliyyatlar ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çox olub.
Yeganə Abbasova qeyd edib ki, ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlər olsa da, onların sayı azdır.
O, həmçinin bildirib ki, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə 600-ə qədər şəxs mərkəzə müraciət edib. Sədr əlavə edib ki, Azərbaycanda ümumilikdə 4 min nəfər dializ xəstəsi var:
"Onların böyrək transplantasiyasına ehtiyacı var. Ölkəmizdə ilk olaraq böyrək, sümük iliyi transplantasiyası üzrə tələbat var".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.