PAYTAXT XƏBƏRLƏRİ

Tozlu hava orqanizmimiz üçün təhlükəlidir - Necə qorunaq?

Terapevt Xalidə Dadaşova havanın çirklənməsinin insan səhhətinə mənfi təsir etdiyini söyləyib.
Sputnik
BAKI, 3 sentyabr — Sputnik. "Havada tozun miqdarının normadan çox olması, xroniki xəstəlikləri olanlar, bronxitlər,eləcə dəallergik xəstəlikləri olanlar üçün təhlükəlidir". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Ailə həkimi Xalidə Dadaşova söyləyib.
Qeyd edək ki, iki gündür ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova avtomatik stansiyalardan əldə olunan məlumata əsasən bildirib ki, havada tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.
Terapevt havanın çirklənməsinin insan səhhətinə mənfi təsir etdiyini söyləyib.

"Hava insan orqanizmi üçün su qədər vacibdir. Texnika, miqrasiya nəticəsində əhalinin sayının artması, havanın çirklənməsinə gətirib çıxardır. Nəticədə avtomobil sayı artır ki, bu da ekologiyanı çirkləndirir. Son illər yuxarı tənəffüs yolları geniş yayılıb, onkoloji xəstələrin sayı artıb. Havada toksiki maddələrin karbon qazı artması bu xəstələrin səhhətinə daha ciddi təsir göstərir. Belə hava bronxitlər, dəridə allergik xəstəliklər, akoplar, rinit xəstəlikləri olanlar üçün daha təhlükəlidir", - deyə Xalidə Dadaşova söyləyib.

Ailə həkimi Xalidə Dadaşova
Ailə həkimi belə havada insanları çoxlu maye qəbul etməyə səsləyib. Bildirib ki, tozlu hava davam etdiyi müddətdə gündə iki-üç litr su qəbul olu olunmalı, evlərdə nəm təmizləmə işləri aparılmalı, insanlar açıq havada maskadan istifadə etməlidirlər.
Ailə həkimi mövcud hava şəraitinin uşaqlar,yaşlı insanlar, hamilə qadınlar və xrononiki xəstələr, allergiyadan əziyyət çəkənlər üçün daha çox təsir etdiyini söyləyib. Bildirib ki, orqanizmin tozlu havaya həssaslıq nümayiş etdirməsi gözlərin yaşarması, burundan su axması, quru öskürəklə müşahidə olunur. Bəzən xroniki xəstələrdə boğulmaya belə səbəb ola bilir.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova müsahibəsində havada müşahidə olunan tozun meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterli olduğunu, Türkmənistan ərazisindən ölkəmizə daxil olduğunu söyləyib. O, bildirib ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.
Məlumat üçün bildirək ki, dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2.5-3 dəfə yüksək olduğu qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Tozlu hava şəraitinin səbəbi nədir?