"Biz qaz sektorunda əməkdaşlıq üçün yaxşı perspektivlər görürük. Rusiya, Monqolustan və Çini birləşdirəcək təxminən min kilometr uzunluğunda olan "Soyuz-Vostok" qaz kəmərinin layihə sənədlərinin hazırlanması başa çatıb hazırda honun ətraf mühitə təsiri qiymətləndirilir. Bu, təkcə Rusiya qazının Monqolustan vasitəsilə tranziti ilə bağlı deyil, burada yanacağın monqol istehlakçılarına çatdırılması imkanları da nəzərdən keçirilir", - Putin Rusiya Federasiyası və Monqolustan arasında sazişin imzalanması mərasimindən sonra bildirib.
"Monqolustanda insanların rus dilini sevməsi və öyrənməsi bizim üçün vacibdir. Ölkədə uzun onilliklər ərzində onun öyrədilməsinin yaxşı qurulmuş sistemi mövcuddur. Bu da bilik əldə etmək və iki ölkə arasında işgüzar, elmi və mədəni əlaqələri dərinləşdirmək üçün geniş imkanlar açır. Rusiya tərəfi Monqolustanda, o cümlədən ölkəmizlə həmsərhəd bölgələrdə rus dilinin tədrisinə dəstəyini davam etdirəcək", - Putin qeyd edib.
"Biz həmçinin kiçik modullu reaktorların istifadəsi də daxil olmaqla, ən müasir Rusiya texnologiyalarına əsaslanan dinc nüvə enerjisi sahəsində birgə layihələrin həyata keçirilməsinə açığıq", - Putin bildirib.