BAKI, 2 sentyabr - Sputnik. Sentyabrın 2-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 2-də kimlər anadan olub?
Yevgeni Leonov (1926-1994) - Sovet və Rusiya teatr və kino aktyoru, SSRİ xalq artistidir. O, "Uğur centlmenləri", "Mimino", "Otuz üç" və s. filmlərdə rol alıb.
Valentin Qaft (1935-2020) - Sovet və Rusiya teatr və kino aktyoru, teatr rejissoru və RSFSR xalq artistidir. O, "Qızıl qartal" və "Qızıl maska" mükafatlarının qalibidir.
Kianu Rivz (1964) kanadalı aktyor, kinorejissor, kino prodüseri və musiqiçidir. O, "Bill və Ted", "Matriks" və "Con Uik" filmlərindəki rolları ilə tanınıb.
Kianu Rivz
© AP Photo / Evan Agostini
Salma Hayek (1966) - Meksika əsilli ABŞ aktrisası, kinorejissor və prodüserdir. O, 30-dan çox filmdə rol alıb.
Salma Hayek
© AP Photo / Invision/Vianney Le Caer
Aleksey Çadov (1981) - rusiyalı aktyor və rejissordur. O, "Müharibə", "Gecə gözətçisi" və s. filmlərdə bir çox obrazları canlandırıb.
2 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
911-ci ildə Kiyev Rus dövləti ilə Bizans arasında ilk yazılı müqavilə bağlanıb və hərbi yürüşün uğurla başa çatmasının əlaməti olaraq knyaz Oleq Konstantinopolun qapılarına qalxan vurmağı əmr edib.
1945-ci ildə İkinci Dünya Müharibəsi başa çatıb. Yaponiyanın qeyd-şərtsiz təslim olması haqqında akt imzalanıb.
1958-ci ildə ilk dəfə Çin televiziyası yayımlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.