BAKI, 1 sentyabr — Sputnik. UEFA "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində rəqiblərindən olan "Malmö" klubunu cərimələyib.
Buna İsveç təmsilçisinin evdə Çexiyanın "Sparta" komandasına qarşı keçirdiyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında yaşananlar səbəb olub.
Azarkeşlər sözügedən qarşılaşmada pirotexniki vasitələrdən istifadə ediblər. "Malmö" buna görə 38 000 avro ziyana düşüb.
Qarşılaşma Skandinaviya klubunun məğlubiyyəti ilə bitib - 0:2. Cavab görüşündə də eyni hesabla uduzan ölkə çempionu Çempionlar Liqası ilə vidalaşıb.
Qeyd edək ki, UEFA Avropa Liqasında Liqa mərhələsinin təqvimi açıqlanıb.
Qurban Qurbanovun komandası mərhələyə "Tottenhem"lə Londondakı oyunla start verəcək. Mərhələnin son görüşü Pireydə "Olimpiakos"a qarşı keçiriləcək.
26 sentyabr 2024-cü il
23:00. "Tottenhem" (İngiltərə)– "Qarabağ"
3 oktyabr 2024-cü il
20:45. "Qarabağ" – "Malmö" (İsveç)
24 oktyabr 2024-cü il
20:45. "Qarabağ" – "Ayaks" (Niderland)
7 noyabr 2024-cü il
20:45. "Bodo Qlimt" (Norveç) – "Qarabağ"
28 noyabr 2024-cü il
20:45. "Qarabağ" - "Lion" (Fransa)
12 dekabr 2024-cü il
23:00. "Elfsborq" (İsveç) – "Qarabağ"
23 yanvar 2025-ci il
20:45. "Qarabağ" – FCSB (Rumıniya)
30 yanvar 2025-ci il
23:00. "Olimpiakos" (Yunanıstan) – "Qarabağ"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.