“Biz, o cümlədən hər hansı pozuntunun olmadığını təsdiqləyən müşahidəçilərlə əlaqə saxlayırıq. Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən seçki kampaniyası çox layiqli səviyyədə təşkil olunub. Biz bunu Azərbaycanda seçkilər zamanı ilk dəfə deyil ki, təsdiqləyirik", - Dmitri Kobitski vurğulayıb.
"Axşam biz nəticələrə yekun vuracağıq, monitorinq qrupumuzu toplayaraq təəssüratlarımızı bölüşəcəyik və nəticəmizi hazırlayacağıq. İlkin nəticələri bazar ertəsi mətbuat konfransında açıqlaya biləcəyik. Amma biz onları yalnız Konstitusiya Məhkəməsi rəsmi şəkildə seçkiləri baş tutmuş saydıqdan və nəticələri təsdiq edəndən sonra rəsmən dərc edə biləcəyik. Biz Azərbaycanda seçki prosesinin təşkilindən çox razıyıq. Hər şey ən yaxşı demokratik standartlara uyğundur, ona görə də bu gün bizim seçki prosesi ilə bağlı heç bir şərhimiz yoxdur”, - deyə baş katib bildirib.
“Səhərdən insanlar bugünkü seçkilərə həvəslə, həyata aktiv münasibətlə səs verəcəklər. Düşünürəm ki, seçkilər Azərbaycan xalqının öz seçki seçimini etmək üçün ümumi əhval-ruhiyyəsini göstərəcək”, - MDB PA-dan olan müşahidəçilər qrupunun koordinatoru qeyd edib.