BAKI, 1 sentyabr - Sputnik. "Bu gün Azərbaycanda əsl bayramdır. Artıq partiyaların nümayəndələri, hüquq ictimaiyyəti, tələbələr və hərbçilər ilə ünsiyyət qura bilmişəm. Onların hamısı Azərbaycan Milli Məclisinə seçkilərlə bağlı hər bir Azərbaycan Respublikası vətəndaşının üzərinə düşən məsuliyyəti dərk edərək bu günü xalqın iradəsinin səmimi ifadə günü kimi gözləyirdilər". Bu sözləri Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədr müavini Sergey Xomenko Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində deyib.
“Bu məsuliyyət dərəcəsi kontekstində hamı deyirdi ki, Azərbaycanın əsl vətənpərvərləri parlamentdə təmsil olunmalıdır. Çox simvolikdir ki, biz indi hərbi əməliyyatlardan sonra bərpa olunan ərazidəyik. Qarabağ torpağında olan tərəqqi göz qabağındadır", - Belarus nümayəndəsi bildirib.
"Biz indi gözəl məktəbin binasındayıq və məktəb respublikanın gələcəyinin formalaşdığı yerdir. Belə bir binada olan vətəndaşlar dövlətin onlara qayğı göstərdiyini, millət vəkillərinin isə xalqın iradəsinin əsl bələdçiləri olduğunu daim xatırlayacaqlar", - S.Xomenko deyib.
"Biz təşkilatçılığın çox ümidverici səviyyəsinin şahidiyik. Baş çəkdiyimiz bütün seçki məntəqələri Azərbaycan Seçki Məcəlləsinə uyğun təchiz edilib, ictimai asayiş təmin edilib.
Onun sözlərinə görə, missiya Bakıdan Füzuliyə qədər bütün yolda insanların bayram əhval-ruhiyyəsini, dövlətdə seçki günü olmalı olan nizam-intizamı müşahidə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.