TƏHSİL

Məktəbli ləvazimatlarının qiyməti bahalaşıb -Foto-Video

Satıcılarlar yeni tədris ili ərəfəsi satışın o qədər də çox olmadığını söylədilər.
Sputnik
BAKI, 31 avqust — Sputnik. "Bu il çantaların qiyməti xeyli bahalaşıb. Ötən il 15-20 manata çanta almaq mümkün idisə, bu il həmin çantaların qiyməti 35 manatdan aşağı deyil". Bunu Sputnik Azərbaycan-a müsahibəsində övladı üçün məktəb bazarlığı edən valideyn Günel Salmanova söyləyib.
O, bildirib ki, üç övladı məktəblidir. Onlardan ikisinə bu il məktəbli çantası almalıdır.

"Normal görünüşü və keyffiyyəti olan çantaların qiyməti 50 manatdır. Ən ucuzunu alsam, 35 manatdır. Çantaların qiyməti bu il bahalaşıb. İki qızım üçün məktəbli çantası almalıyam. Oğlum isə iki il əvvəl aldığım çanta ilə məktəbə gedəcək. Çantalarla yanaşı dəftər, qələm, məktəbli geyimi, ayaqqabı da almalıyam", - deyə valideyn məktəbli ləvazimatlarının bahalşmasından şikayətlənib.

Sputnik Azərbaycan məktəbli ləvazimatları bazarında müşahidə aparıb. Satıcılar da çantaların və digər məktəbli ləvazimatlarının qiymətində artım olduğunu təsdiqləyiblər. Bunun Türkiyədə qiymətlərin bahalaşması və Ukraynada olan münaqişə ilə bağlı olduğunu söyləyiblər. Onlar Çindən gətirilən məktəbli ləvazimatlarının da qiymətində cüzi artım olduğunu bildirdilər.
Paytaxtın Elmlər Akademiyası metro stansiyası ətrafında yerləşən məktəbli ləvazimatları satış obyektlərində endirimlə belə qiymətlərdə artım müşahidə olunurdu.
Məktəb ləvazimatlarının satışı
Çantaların qiyməti 35 manatdan başlayaraq 190 manatadək dəyişir. Satıcılar ən bahalı məktəbli çantaların Türkiyə istehsalı olduğunu söylədilər.
12 vəqərli dəftələr - 15-30 qəpik;
24 vərəqli dəftərlər - 40-50 qəpik;
60 vərəqli dəftərlər - 65-80 qəpik;
90-100 vərəqli dəftərlər - 95 qəpik-1 manat.
Rəngli karandaşların qiymət 8 manatdan 15 manatadəkdir.
Sadə qələmlərin qiyməti 30-50 qəpik, qələm qabları 8-12 manata satılır. Qələmyonanlar və pozanların qiyməti 40-50 qəpik, xətkeşlərin qiyməti isə 90 qəpik - 1 manatdır.
Məktəb ləvazimatlarının satışı
Satıcılarlar yeni tədris ili ərəfəsində satışın o qədər də çox olmadığını söylədilər. Bildirdilər ki, valideynlərin çoxu onlayn yolla xaricdən əsas ləvazimatları aldıqlarından, yalnız dəftər-qələm satılır. Onlar dəftərlərin qiymətində 5-10 qəpik bahalaşma olduğunu təsdiqlədilər.
Valideynlər isə təkcə məktəbli ləvazimatları almaq üçün bir uşaq üçün minimum 150 manat xərc tələb olunduğunu söylədilər. Onlar qiymətlərə məktəbli forması və ayaqqabı da daxil olarsa, bir şagirdi məktəbə yola salmağın 250 manata başa gəldiyini bildirdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHSİL
Məktəbli formalarının satış ünvanları açıqlanıb