İDMAN

"Paris-2024": Parataekvondoçumuz qızıl medal qazanıb, Mehriban Əliyeva onu təbrik edib

Rəqibinə 15:2 hesabı ilə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.
K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb.
Rəqibinə 15:2 hesabı ilə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, Azərbaycanın Paris-2024-də əldə etdiyi ikinci medal olub.
Paralimpiadanın ilk günündə parataekvondoçumuz Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanıb.
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilovun Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qalib gəlməsi ilə bağlı paylaşım edib.
"Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov – qızıl medal! Türkiyə parataekvondoçusu Fatih Çelik – gümüş medal! Hər iki idmançını təbrik edir, onlara yeni qələbələr arzulayıram! Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!" - Mehriban Əliyeva sosial şəbəkə hesabındakı paylaşımında yazıb!
28.08.24, 15:07
Bu gün "Paris-2024" Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün "Paris-2024" Yay Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Yelisey Çölləri prospektində start götürəcək mərasimə Konkord meydanında yekun vurulacaq.
Tədbirin gedişində paralimpiyaçıların paradı olacaq. Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandıracaqlar.
Açılış mərasimini 65 min tamaşaçı izləyə biləcək. 35 min tamaşaçı üçün ödənişli oturacaq yerləri quraşdırılıb. 30 min tamaşaçı mərasimi ödənişsiz izləyəcək.
Azərbaycan Paris Paralimpiadasında 7 növdə 19 idmançı ilə təmsil olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.