İDMAN

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri müəyyənləşdi

Səkkiz turdan sonra ilk 8 yeri tutan komandalar 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək.
Sputnik
BAKI, 30 avqust — Sputnik. UEFA Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsinin püşkü atılıb. Mərasimdə "Qarabağ"ın da rəqibləri bəlli olub.
Ağdam klubu Liqa mərhələsində Niderlandın "Ayaks", İngiltərənin "Tottenhem", Fransanın "Lion", Yunanıstanın "Olimpiakos", İsveçin "Malmö", Norveçin "Budyo-Qlimt", Rumıniyanın "Styaua" və İsveçin "Elfsborq" klubları ilə qarşılaşacaq. Azərbaycan çempionu dörd oyunu evdə, digər dördünü isə səfərdə keçirəcək.
Əsas mərhələdə 36 klub mübarizə aparacaq. 8 turdan sonra ilk 8 yeri tutan komandalar 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.
Liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il baş tutacaq.
Qeyd edək ki, Liqa mərhələsi sentyabrın 25-26-da start götürəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.