CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 29 avqust – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Avqustun 29-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 29-da kimlər anadan olub?
Çingiz Mustafayev (1960-1992) - milli televiziyasının inkişafında mühüm xidmətləri olan azərbaycanlı hərbi jurnalistdir. O, bir sıra xarici xəbər agentlikləri ilə əməkdaşlıq edib. Çingiz Mustafayev Qarabağdakı döyüş bölgəsindən, o cümlədən Xocalı qətliamından çəkilən məşhur reportajların müəllifidir. O, Azərbaycanın Milli Qəhrəmanıdır.
Milli Qəhrəman Çingiz Mustafayevin qəbri
İnqrid Berqman (1915-1982) - Avropa və ABŞ kinolarında çıkilən isveç aktrisasıdır. O, Amerika Film İnstitutunun "100 ilin ən böyük 100 kino ulduzu" siyahısında dördüncü yeri tutur.
İtalyan kinorejissor Roberto Rossellini və həyat yoldaşı, aktrisa İnqrid Berqman (ortada)
Uilyam Fridkin (1935–2023) - ABŞ kinorejissoru və ssenaristidir. O, "Fransız əlaqəsi" və "Ekzorsizm" kimi məşhur filmlər sayəsində "Yeni Hollivud"un əsas rejissorlarından biri olub.
Maykl Cekson (1958-2009) - amerikalı müğənni, bəstəkar, aktyor, ssenarist və sahibkardır. O, pop musiqi tarixinin ən uğurlu ifaçılarından biri, "Pop Kralı", 15 "Qremmi" mükafatının laureatıdır.
Maykl Cekson
29 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1698-ci ildə Rusiya çarı I Pyotrun "Alman paltarı geymək, saqqal və bığı qırxmaq haqqında" fərmanı ilə sentyabrın 1-dən vətəndaşlar saqqallarını qırxmalı və Avropa paltarı geyinməli olublar.
1758-ci ildə ABŞ-da, Nyu Cersidə ilk Hindistan rezervasiyası yaradılıb.
1831-ci ildə ingilis fiziki Maykl Faradey elektromaqnit induksiyasını kəşf edib.
1883-cü ildə kanadalı ixtiraçı və iş adamı Tomas Ahern ilk dəfə Ottavadakı "Windsor" hotelində şam yeməyi hazırlamaq üçün elektrik sobasını nümayiş etdirib.
1929-cu ildə Alman dirijablı "Qraf Tseppelin" dünya üzrə ilk səyahətini başa vurub.
1949-cu ildə SSRİ-də ilk sovet atom bombası sınaqdan keçirilib.
2005-ci ildə Azərbaycan İctimai Televiziyasının açılış mərasimi olub.
Nüvə Sınaqlarına Qarşı Beynəlxalq Mübarizə Günü BMT Baş Assambleyasının 2 dekabr 2009-cu il tarixli qərarı ilə təsis edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.