İDMAN

"Qarabağ" "Dinamo"ya 4 top fərqi ilə qalib gəlməlidir

"Qarabağ" ÇL-in pley-offuna yüksəlməklə artıq Avropa Liqasının liqa mərhələsinə vəsiqəni təmin edib.
Sputnik
BAKI, 28 avqust — Sputnik. Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
Ağdam təmsilçisi Zaqreb "Dinamo"su (Xorvatiya) ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq. Oyunu ingiltərəli tanınmış referi Maykl Oliver idarə edəcək. Oyunu stadiondan 30 minədək azarkeşin izləyəcəyi gözlənilir.
Bu komadalar arasında ilk matçda "Dinamo" 3:0 hesabı ilə qalib gəlib.
"Qarabağ" ÇL-in pley-offuna yüksəlməklə artıq Avropa Liqasının liqa mərhələsinə vəsiqəni təmin edib. Bununla da Qurban Qurbanovun komandası ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində iştirakı təmin edib.
Qeyd edək ki, bu, Ağdam klubunun ÇL-in pley-off mərhələsində üçüncü iştirakıdır. 2017/18 mövsümündə komanda qrup mərhələsinə düşə bilib. 2022/23 mövsümündə pley-off mərhələsini adlaya bilməyiblər.
"Qarabağ" Çempionlar Liqasında mərhələni keçmək üçün isə bu gün "Dinamo"ya 4 top fərqi ilə qalib gəlməlidir.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
28 avqust
20:45. "Qarabağ" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya)
Hakimlər: Maykl Oliver, Stuart Burt, Lee Betts, Kris Kavanaq (İngiltərə)
VAR: Stüart Attvell
İlk oyun - 0:3
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.