DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Amerikalı diplomat Əfqanıstandan çıxarılan hərbi texnikanın taleyinə aydınlıq gətirdi

Kun.uz internet nəşrinə təyyarələrin və helikopterlərin Özbəkistana gedib-getməyəcəyi ilə bağlı sualı cavablandıran Henik, təyyarənin Özbəkistanda qalacağına əmin olduğunu bildirib.
Sputnik
BAKI, 28 avqust — Sputnik. Əfqanıstandan Özbəkistana uçan hərbi təyyarə ilə bağlı qərar artıq rəsmi olaraq qəbul edilib, bu texnika Özbəkistan ərazisində qalacaq. Bunu ABŞ-ın Daşkənddəki səfiri Conatan Henik məlumat verib.
2022-ci ildə media ABŞ-ın Əfqanıstanda terrorçulara qarşı mübarizədə yardım müqabilində Özbəkistan və Tacikistana əlli hərbi təyyarə və helikopter ötürmək imkanını nəzərdən keçirdiyini yazıb. Söhbət 2021-ci ildə əfqan pilotların Talibandan (Taliban hərəkatı terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) qaçmaq üçün qonşu ölkələrə qaçdığı ABŞ mənşəli texnikalardan gedir. İddia olunurdu ki, Taliban qonşularından ABŞ-ın devrilmiş Əfqanıstan hökumətinə tədarük etdiyi yüngül hücum təyyarələri və helikopterləri geri qaytarmağı tələb edir.
Kun.uz internet nəşrinə təyyarələrin və helikopterlərin Özbəkistana gedib-getməyəcəyi ilə bağlı sualı cavablandıran Henik, təyyarənin Özbəkistanda qalacağına əmin olduğunu bildirib.
Diplomatın sözlərinə görə, tərəflər artıq birgə proqram həyata keçirirlər.

"Bu avadanlıq heç vaxt əfqanların olmayıb, ABŞ-ın olub. Onlar ondan istifadə ediblər, lakin biz həmişə onun sahibi olmuşuq", - Henik əlavə edib.

Özbəkistan rəsmiləri amerikalı diplomatın bu açıqlamalarına hələlik rəsmi münasibət bildirməyib.
2021-ci ilin avqust ayının əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumunu gücləndirib, avqustun 15-də Taliban Kabilə daxil olub və ertəsi gün müharibənin bitdiyini elan edib. Avqustun son iki həftəsi ərzində ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb ölkələrinin vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyəsi həyata keçirilib. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstanda təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.