MƏDƏNİYYƏT

Nazirlik işə qarışdı: Bu abituriyentlər əlavə yerləşdirmədə iştirak edə bilərlər

Qəbul olunan şagirdlərin qeydiyyatının müddəti 31 avqust tarixinədək uzadılıb.
Sputnik
BAKI, 27 avqust — Sputnik. Yaxın günlərdə prioritet ixtisaslara ödənişsiz qəbul aparılacaq. Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üçün qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayı 10 000 nəfərə çatıb. Qəbul olunan şagirdlərin qeydiyyatının müddəti 31 avqust tarixinədək uzadılıb.
Simfonik orkestr alətləri, eləcə də bir sıra milli musiqi alətləri üzrə ifaçılara yüksək tələbat nəzərə alınaraq həmin ixtisaslara marağın artırılması məqsədilə qəbul imtahanlarında 50 və daha yuxarı bal toplayan şagirdlər ödənişsiz əsaslarla aşağıdakı ixtisaslar üzrə əlavə yerləşdirmədə iştirak edə bilərlər:
1. Violonçel
2. Kontrabas
3. Arfa
4. Fleyta
5. Qoboy
6. Klarnet
7. Faqot
8. Saksofon
9. Truba
10. Trombon
11. Valtorna
12. Zərb alətləri
13. Balaban
14. Qanun
15. Saz
Qeyd edək ki, bu ixtisaslar üzrə əlavə yerləşdirmədə iştirak etmək istəyən şagirdlər my.culture.az şəxsi kabineti vasitəsilə qeydiyyatdan keçə biləcəklər. Bununla bağlı yaxın günlərdə əlavə məlumat veriləcək.