İDMAN

Kişi və qadın şahmatçılar arasında Azərbaycan çempionatı keçiriləcək

Çempionatın ümumi mükafat fondu 8000 manat təşkil edəcək. Bu məbləğin 5000 manatı kişilərin, 3000 manatı isə qadınların turnirində oynanılacaq.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Şahmatın rapid blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, oktyabrın 4-7-də baş tutacaq yarışlarda kişilər arasında FIDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən, qadınlarda isə 2000-dən yuxarı olan iti zəka sahibləri iştirak edə biləcəklər.
Çempionatın ümumi mükafat fondu 8000 manat təşkil edəcək. Bu məbləğin 5000 manatı kişilərin, 3000 manatı isə qadınların turnirində oynanılacaq.
Qeyd edək ki, ölkə çempionatı rapid və blits üzrə dünya çempionatına seçmə xarakter daşıyır. Bu yarışlarda ilk 3 yeri tutan şahmatçı ABŞ-ın Nyu-York şəhərində təşkil olunacaq dünya çempionatına ezam olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.