İDMAN

"Dinamo"nun futbolçusu "Qarabağ"a qalib gəlmələrinə inana bilmir

Bakıya səfər zamanı jurnalistlərə açıqlama verən 21 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinin çox yaxşı komanda olduğunu bildirib.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Bəlkə də ilk oyunda qeydə alınan nəticə real deyil. Bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Martin Baturina "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçından əvvəl deyib.
Bakıya səfər zamanı jurnalistlərə açıqlama verən 21 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinin çox yaxşı komanda olduğunu bildirib:

"İlk qarşılaşmada yaratdığımız vəziyyətlərdən istifadə etdik. Buna görə şadam. Mən də qol vura bilərdim. Biz yalnız qalib gəlmək haqqında düşünürük".

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.