CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 25 avqust – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 25 avqust — Sputnik. Avqustun 25-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 25-də kimlər anadan olub?
Fikrət Qoca (1935-2021) - Azərbaycanın xalq şairi, elm və ədəbiyyat sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatıdır (2016).
Fikrət Qoca
Ser Şon Konneri (1930-2020) - ingilis aktyoru və kino prodüseridir. O, "Toxunulmazlar", "Bahardakı yasəmənlər", "Robin Qud: Oğrular Şahzadəsi", "Qızılgülün adı", "Heç vaxt heç vaxt demə" və s. filmləri ilə tanınır.
Ser Şon Konneri
Frederik Forsayt (1938) - ingilis yazıçısı və ssenaristidir. O, 20 ildən çoxdur ki, Mİ-6 Britaniya kəşfiyyat xidmətinin agentidir. Yazıçısı "Manhetten kabusu", "Dördüncü protokol", "Müharibə köpəkləri" və s. əsərlərin müəllifidir.
Marqarita Terexova (1942) - Sovet və Rusiya aktrisası, teatr və kino rejissoru, RF xalq artistidir. O, "Monoloq", "Səhnədə köpək", "D`Artanyan və üç muşketyor", "Müqəddəs Marta" və s. filmlərdə bir çox rolları ifa edib.
Marqarita Terexova
Tim Burton (1958) amerikalı kinorejissor, ssenarist, prodüser və şairdir. O, "Miss Pereqrinin qəribə uşaqlar evi", "Alisa möcüzələr ölkəsində", "Çarli və şokolad fabriki", "Meymunlar planeti", "və s. filmləri çəkib.
Tim Barton
Klaudia Şhiffer (1970) - Almaniya supermodeli və kino aktrisasıdır. O, "Ginnesin Rekordlar Kitabı"na düşən jurnalların üz qabığındakı fotoşəkillərin sayına görə modellər arasında rekorda sahibdir.
Klaudia Şhiffer
25 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1609-cu ildə italyan fiziki Qalileo Qaliley Böyük Şuraya və Venesiya dojuna teleskopu nümayiş edib.
1825-ci ildə Uruqvay Braziliyadan müstəqilliyini elan edib.
1912-ci ildə Çində Homindan Partiyası (Xalq Dövləti Partiyası) yaradılıb.
1973-cü ildə Londonda ilk kompüter tomoqrafiyası çəkilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.