DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ ilk dəfə Ukraynaya təlimatçılarını göndərmək istəyir

Borrell daha əvvəl açıq şəkildə etiraf edib ki, Avropa İttifaqı Ukraynada gedən münaqişənin bir hissəsidir.
Sputnik
BAKI, 25 avqust — Sputnik. Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri gələn həftə Ukraynaya təlimatçıların göndərilməsi imkanını müzakirə edəcəklər.
Bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.
Yekun qərar noyabr ayına qədər verilməlidir. Hərbi təlimatçıların göndərilməsi məsələsi Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsində də qaldırılacaq.
Kiyev Aİ diplomatiyasının rəhbəri Josep Borrellə ​​məktub göndərərək, Avropa İttifaqını Ukrayna Silahlı Qüvvələri əsgərlərinə təlim keçmək üçün təlimatçılar göndərməyə çağırıb. Bu təşəbbüs Fransa və Baltikyanı ölkələr tərəfindən dəstəklənir, lakin Avstriya, Macarıstan, Almaniya, Malta və Sloveniya buna qarşıdır, çünki onlar hesab edirlər ki, bu, münaqişənin gərginləşməsinə təhlükə yaradır.
Borrell daha əvvəl açıq şəkildə etiraf edib ki, Avropa İttifaqı Ukraynada gedən münaqişənin bir hissəsidir.
11.08.24, 20:23
Aİ Rusiya üçün nəzərdə tutulan təhlükəli tələyə düşüb
Avropa Ukraynanı dəstəklədiyinə görə axmaq vəziyyətdə qalıb.
Bu barədə "Responsible Statecraft" yazıb.
"Ən yaxşı halda, hazırkı Avropa kursu Aİ-ni təcrid olunmuş və böyük ölçüdə axmaq kimi göstərə bilər. Ən pis halda, bu, Ukraynanı sarsıdıcı məğlubiyyətə hazırlamağa kömək edər" - materialın müəllifi Anatol Liven qeyd edib.
O xatırladıb ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verməyə çağırıb və Fransanın Kiyevə dəstəyinin "hüdudu olmadığını" bəyan edib.
Müəllif onu da diqqətə çatdırıb ki, Avropa ölkələri hərbi istehsalı artırmağa çalışsalar da, endikləri səviyyəni nəzərə alsaq, bu proses bir neçə il çəkəcək. Eyni zamanda, Rusiyanın bu sahədə güclənməsinə dair bütün əlamətlər var.
Bundan əlavə, Liven Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin dəyişdirilməsinin mümkünlüyünə işarə edir. Müəllifin vurğuladığı kimi, "Alman və digər Avropa elitalarının nümayəndələri bu ssenarini "ağılsız" hesab edir və bundan o qədər qorxurdular ki, bu barədə düşünmək istəmirdilər.
Eyni zamanda, ictimai rəy sorğuları münaqişənin davam etdirilməsinə Avropanın dəstəyinin nəzərəçarpacaq dərəcədə azaldığını göstərir.
Bundan əvvəl Avropa Parlamentinin üzvü Tyerri Mariani Ukraynaya göstərilən yardımın Aİ üçün fəlakətli maliyyə xərclərini proqnozlaşdırmışdı.