CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rütubət və orqanizmin susuzlaşması: istiliyin insanları necə öldürdüyü izah edilib

Mütəxəssislər bildirir ki, çox isti hava ölümcül də ola bilər.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Bu il iyun ayında Yer kürəsində 1300 nəfər havanın temperaturunun 49 dərəcədən yuxarı qalxması üzündən dünyasını dəyişib. Bu barədə Rusiya KİV-lərində dərc olunmuş, alimlərin müşahidələrinə əsaslanan məqalədə bildirilir.
Yazıda qeyd lunur ki, bu, məlum olanlardan yalnız bir nümunədir.
İstilik insanlar üçün həqiqətən də ölümcül ola bilər. Xüsusilə, yüksək rütubətlə birlikdə.
Ən pisi isə hətta istilik də deyil, yüksək rütubətdir. İnsan orqanizmi buna alışa bilmir.

İsti havalarda həddindən artıq tərləmə orqanizmin susuzlaşmasına səbəb ola bilər. Belə olan halda, orqanizm bizə daha çox mayeyə ehtiyacı olduğunu heç də həmişə söyləmir. Susuzluq hiss etdiyiniz zaman isə çox gec ola bilər: maye ehtiyatınızı onu doldura bildiyinizdən daha tez itirməyə başlayacaqsınız. Həmçinin, yüksək rütubət tərləmənin bütün faydalarını yox edə bilər.

Həddindən artıq istidə ürək daha intensiv işləyir. Bu, ona əsas bədən istiliyini sabit saxlamağa imkan verir. İnsan, hətta ürəyinin, belə desək, sanki sinəsindən sıçradığını hiss edə bilər.
Həddindən artıq istidə beyinə qan axını azalır. Nəticədə, insanın nəfəs alması sürətlənir, kəllə və boyun damarları daralır. Bu, psixi sağlamlığı pisləşdirir, beyin funksiyasına və qərar qəbul etmə prosesinə təsir göstərir.
İstilik ölümcül də ola bilər. Çox vaxt insanda hər şey ürəkbulanma, baş ağrısı, əzələ spazmları və huşunu itirmə ilə başlayır. Bütün bu əlamətlər istilik vurmasını göstərir. Bu vəziyyəti müalicə etməyin ən yaxşı yolu, soyuq su vannasına "baş vurmaq" və ya, heç olmasa, sərinkeşin qarşısında bədənə yaş dəsmallar qoymaqdır. Bununla belə, hətta sağ qalanlar arasında 30% geri dönməz beyin zədələnməsi halları baş verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.