"Burada təkcə ətraf mühitin gələcəyi deyil, iqtisadiyyatın da gələcəyi müzakirə mövzusudur. COP29-da ölkələr növbəti maliyyə hədəfi barədə qərar qəbul etməlidirlər. Bu baxımdan bizim COP-da ciddi, qlobal qərarlar qəbul ediləcək".
"COP ildən-ilə böyüyür. Bu prosesə qeyri dövlət qurumları da cəlb olunur. Qlobal iqlim dəyişikliyindən danışırıqsa, bura banklar, özəl sektor qoşulmalıdır. Biz hamımız bu tədbirə ev sahibliyi edəcəyik. Bu tədbirin unikal bir funksiyası var. Biz həm ölkəmizi, həm də qlobal bir fəaliyyəti təmsil edirik", - Arpadarai qeyd edib.
"Bizim isə 11 aylıq vaxtımız var idi. Bu prosesdə BMT tərəfindən bizə çox dəstək göstərilib. Ev sahibi ölkənin necə yönləndirilməsi bu prosesdə əhəmiyyət daşıyır. Biz hazırlıq çərçivəsində çox işlər görmüşük. Bakı stadionunda müvəqqəti konstruksiyaların quraşdırılmasını həyata keçiririk. Bütün iştirakçıları iştirakını təmin edəcək detallar nəzərə alınıb. Bütün işlərin öhdəsindən vaxtında gələcəyimizdən əminik".
"Əsrin sonuna qədər hərarətin 2.7 dərəcə artacağı gözlənilir. 1.5 dərəcə olarsa Arttikada buzların əriməsi 3 faiz, 2 dərəcə olarsa 16 faiz, 3 dərəcə olarsa 60 faiz buzlar əriyir bilər. İqlim Dəyişmələri üzrə zərərlərə görə ölkələr ianələr alır".