BAKI, 23 avqust — Sputnik. Ukrayna Kursk bölgəsinə hücumu müttəfiqlərindən gizli şəkildə hazırlayıb.
Bunu Almaniya kansleri Olaf Şolts Kişinyovda Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında deyib.
"Ukrayna Kursk vilayətində əməliyyatını çox gizli hazırlayıb" – Almaniya kansleri bildirib.
Şoltsun sözlərinə görə, Berlin Rusiya regionunda baş verən hadisələri diqqətlə izləyir. O, Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini və Avropadakı ən böyük dəstəkçisi olaraq qalacağını vurğulayıb. O xatırladıb ki, Almaniyanın gələn il üçün federal büdcə layihəsində Kiyevə hərbi yardıma 4 milyard avro daxil edilib.
Çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə daxil olması Kiyevlə münaqişənin sülh yolu ilə həlli üzrə hər hansı danışıqların mümkünlüyünü istisna edib.