AZƏRBAYCAN XƏBƏRLƏRİ

Gürcüstan hökuməti Azərbaycandakı səfirin vəzifəsindən azad edilməsini təklif edib

Pataradze 2004-cü ildə Gürcüstanın Rusiyadakı səfirliyinin ikinci katibi olub və konsulluq xidmətinə cavabdeh olub.
Sputnik
BAKI, 22 avqust — Sputnik. Gürcüstan hökumətinin 20 avqust tarixli fərmanına əsasən, prezidentə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzenin vəzifəsindən azad edilməsi təklifi təqdim olunub.
O, 2018-ci ilin avqust ayından bu vəzifədə çalışır. Gürcüstan hökumətinin fərmanına əsasən, Pataradze 2025-ci il yanvarın 1-dən tutduğu vəzifədən azad ediləcək.
Zurab Pataradze Batumidə anadan olub. Tbilisi Dövlət Universitetinin iqtisadiyyat (1994), Batumi Dövlət Universitetinin hüquq fakültəsini (2007) bitirib.
1990-cı illərin ortalarında Batumi bankının filialında işlədikdən sonra 1996-cı ildə dövlət qulluğuna qədəm qoyub. O, Acarıstan Kriminal Polis Departamentinin inspektoru vəzifəsində başlayıb. 2000-ci ildə Gürcüstan Xarici İşlər Nazirliyinə keçib.
2004-cü ildə Gürcüstanın Rusiyadakı səfirliyinin ikinci katibi olub və konsulluq xidmətinə cavabdeh olub.
2008-ci ildə Gürcüstan və Rusiya diplomatik münasibətləri kəsildikdən sonra Pataradze 2009-cu ilə qədər İsveçrə səfirliyində Gürcüstanın maraqları bölməsində konsul vəzifəsində çalışıb.
Saloniki (2009 - 2010) və İstanbulda (2011 - 2012) baş konsul.
2012-2013-cü illərdə - Gürcüstanın Türkiyədəki səfiri.
2013-2016-cı illərdə - Gürcüstanın Qazaxıstandakı səfiri.
27 avqust 2018-ci ildən - Gürcüstanın Azərbaycandakı səfiri.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.