DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Belarus səfiri Qazaxıstan XİN-ə çağırıldı

Qazaxıstanlı nazir bəyan edib ki, Qazaxıstan BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental normalarına uyğun olaraq balanslaşdırılmış və sülhpərvər xarici siyasət aparır.
Sputnik
BAKI, 22 avqust — Sputnik. Belarus səfiri Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu Barədə Qazaxıstan XİN məlumat yayıb.
Bildirilir ki, Qazaxıstan tərəfi Astananın baş verən proseslərlə bağlı mövqeyini obyektiv qiymətləndirməyə çağırıb.

"Nazir Belarus tərəfini baş verən proseslərlə bağlı Astananın mövqeyini obyektiv qiymətləndirməyə çağırıb", - Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə Belarus səfiri Pavel Utyupin arasında keçirilən görüşlə bağlı yayılmış məlumatda deyilir.

Qazaxıstanlı nazir bəyan edib ki, Qazaxıstan BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental normalarına uyğun olaraq balanslaşdırılmış və sülhpərvər xarici siyasət aparır: "Qazaxıstan əmindir ki, dövlətlər arasında bütün fikir ayrılıqları siyasi və diplomatik vasitələrlə həll edilməlidir".
Bildirilib ki, mövcud geosiyasi şəraitdə ölkənin xarici siyasəti öz effektivliyini sübut edib.
Daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan nəsə almaq istəyirlər, amma əvəzində heç nə vermirlər demişdi. Sonra Belarus dövlətinin başçısı 2022-ci ilin yanvarında Qazaxıstanda KTMT sülhməramlılarının olmasını xatırladıb.

"Qazaxıstanda nəsə baş verib. Kimdən soruşdular? Çin, Hindistan, Pakistan yaxınlıqdadır. Xeyr. Budur "Putin, Lukaşenko, kömək et!" Biz isə yarım gün ərzində ora çatdıq (2022-ci ilin yanvarında KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin Qazaxıstanın hüquq-mühafizə qüvvələrinə yardım üçün gəlişi - red.). Bizim təyyarələrimiz Qazaxıstanda enirdi. Onlar sakitləşdilər", - Lukaşenko xatırladıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.