HƏRBİ

"Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimi başlayıb - FOTO

Plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları çətin relyefli dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetiriblər.
Sputnik
BAKI, 22 avqust — Sputnik. Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminə Cunqariya Alatausu dağlarında start verilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları çətin relyefli dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetiriblər.
"Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimi başlayıb
Təlimin birinci günündə iştirakçılara dağçılıq ləvazimatlarından istifadə, sıldırım qayaya qalxma və enmə, yüksəklikdə ilkin tibbi yardımın göstərilməsi və yaralıların təxliyəsi üzrə təlimat-metodiki məşğələlər keçirilib.
Keçirilən təlimdə əsas diqqət döyüş tapşırığının icrası zamanı şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.
Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Almatı şəhərində keçirilən "Altın Kıran - 2024" birgə taktiki-xüsusi təliminin avqustun 20-də açılış mərasimi keçirilib.
"Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimi başlayıb
Qeyd edək ki, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonunda keçirilən birgə təlimdə dağlıq ərazilərdə kəşfiyyat əməliyyatlarının aparılması, qanunsuz silahlı birləşmələrin aşkarlanması və zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətlər məşq etdiriləcək, Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətən müharibəsi və digər uğurlu əməliyyatlarda əldə etdikləri real döyüş təcrübəsini qazaxıstanlı həmkarları ilə bölüşəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.