BAKI, 21 avqust — Sputnik. Avqustun 21-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 21-də kimlər anadan olub?
Bəkir Nəbiyev (1930-2012) - Azərbaycan alimi, ədəbiyyatşünası, akademik, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü olub. O, Dövlət mükafatları laureatı və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Bəkir Nəbiyev
© Photo : Public Domen
Stiven Hillenburq (1961-2018) - ABŞ kinorejissoru, prodüser və animatordur. O. "Spanç-Bob" cizgi serialının yaradıcısı kimi tanınır.
Sergey Brin (1973) - amerikalı proqramçı və internet sahibkarıdır. O, Larri Peyc ilə birlikdə “Google” şirkətinin həmtəsisçisi olub. 2021-ci ilin oktyabrına görə, Brin dünyanın yeddinci ən zəngin adamı olaraq sıralanır.
Useyn Bolt (1986) - yamaykalı atlet, səkkiz qat Olimpiya çempionu və 11 qat dünya çempionudur.
Useyn Bolt
© AP Photo / David J. Phillip
Mari Kraymbreri (1992) - rusiyalı müğənnidir. O, 2017-ci ildən “Velvet Music”in üzvüdür. Müğənni müxtəlif musiqi mükafatlarının, o cümlədən “MUZ-TV”, “RU.TV”, “ZD Awards”, “MTV EMA”, “İlin mahnısı” mükafatlarının laureatı və nominantıdır.
21 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1192-ci ildə Yaponiyada Kyoto İmperator Məhkəməsi Yoritomonun seii tai-şoqun elan edilməsi ilə Kamakura Şoqunluğu yaradılıb.
1803-cü ildə Avstraliyanın "Sydney Gazette" qəzeti koalanın dünyada ilk dəfə ətraflı təsvirini verib.
1841-ci ildə amerikalı Con Hempton qalxan jalüzləri patentləşdirib.
1911-ci ildə italyan rəssamı Leonardo de Vinçinin yaratdığı "Mona Liza"nın portreti Luvr muzeyindən oğurlanıb. Portret təsadüfən 2 il sonra Florensiyada tapılıb.
1997-ci ildə Azərbaycan ilə Serbiya arasında diplomatik əlaqələr qurulub.