DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fələstin prezidenti sui-qəsd qorxusu ilə Türkiyəni tərk edib

Nəşr qeyd edir ki, İsrail qətllərinin hər yerdə baş verdiyi bir vaxtda Mahmud Abbasın ehtiyatlılığından daha anlaşılan heç nə yoxdur.
Sputnik
BAKI, 21 avqust — Sputnik. Fələstin prezidenti Mahmud Abbas Türkiyəyə səfəri zamanı İsraildən gələn sui-qəsd təhlükəsi səbəbindən parlament üzvləri ilə şam yeməyini ləğv edib. Bu barədə "Hürriyet" qəzeti mənbələrə istinadən xəbər verir.
Avqustun 15-də Abbas Türkiyə parlamenti qarşısında çıxış edərək Qəzzaya səfər etmək niyyətini açıqlayıb.
"Mahmud Abbas Türkiyə parlamentinin spikeri Numan Kurtulmuşa narahatlığına görə təşəkkür edib, lakin axşam yeməyinə qala bilməyəcəyini söyləyib və axşamdan əvvəl Fələstinə getməliyəm deyib", qəzet yazıb.
Nəşr qeyd edir ki, İsrail qətllərinin hər yerdə baş verdiyi bir vaxtda Mahmud Abbasın ehtiyatlılığından daha anlaşılan heç nə yoxdur.
Yada salaq ki, iyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına hücum nəticəsində həlak olub. Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. İsrail rəsmiləri Haniyənin öldürülməsi ilə bağlı heç bir şərh vermədiklərini bildiriblər.