İQTİSADİYYAT

Azərbaycan Dağıstanda keçiriləcək Xəzər Rəqəmsal Forumuna dəvət olunub

Tədbir iştirakçıları nəqliyyat, logistika, ekologiya və turizmin perspektivli sahələrini müzakirə edəcəklər.
Sputnik
BAKI, 21 avqust — Sputnik. Azərbaycan noyabrda Dağıstanda (Rusiya Federasiyası) keçiriləcək II Beynəlxalq Xəzər Rəqəmsal Forumuna dəvət olunub.
Sputnik Azərbaycan forumun saytına istinadla xəbər verir ki, tədbirin əsas mövzusu rəqəmsal texnologiyalardan istifadə etməklə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına həsr olunacaq.
"Biz Xəzəryanı regionun bütün dövlətlərinin - Azərbaycan, İran, Qazaxıstan, Türkmənistanın nümayəndələrini dəvət etmişik", - Dağıstan regionunun rəqəmsal inkişaf naziri Yuri Həmzətov qeyd edib.
Tədbir iştirakçıları nəqliyyat, logistika, ekologiya və turizmin perspektivli sahələrini müzakirə edəcəklər. Forumda 8 ölkədən 4 işçi qrupunun və 30 sənaye ekspertinin iştirakı gözlənilir.
Qeyd edək ki, Dağıstanda keçirilən ilk Beynəlxalq Xəzər Rəqəmsal Forumu öz platformasında 600-dən çox insanı toplayıb.