RUSİYA

Ukrayna SQ-nin hərəkətləri nüvə enerjisi sənayesinə düzəlməz ziyan vura bilər - Lixaçev

Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri MAQATE-nin nüvə təhlükəsizliyi ilə bağlı postulatlarını alt-üst edir.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Ukrayna ordusunun hərəkətləri bütün planetin nüvə enerjisinə düzəlməz ziyan vura bilər.
Bunu “Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev MAQATE-nin baş direktoru Rafael Qrossi ilə telefon danışığı zamanı deyib.
O qeyd edib ki, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin Kursk və Zaporojye atom elektrik stansiyalarına qarşı təxribat hazırlaması ilə bağlı mesajların və siqnalların sayı bir neçə dəfə artıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri MAQATE-nin nüvə təhlükəsizliyi ilə bağlı postulatlarını alt-üst edir.
Lixaçev, həmçinin Qrossini yaxın vaxtlarda Kursk AES-ə və stansiya ətrafındakı vəziyyətə şəxsən baxmaq üçün Kurçatova baş çəkməyə dəvət edib.
12.08.24, 19:03
BAEA ZAES-ə hücuma beynəlxalq siyasi qiymət verməlidir - Lixaçev
Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA-red.) Ukrayna Silahlı Qüvvələrinin Zaporojye AES-ə endirdiyi zərbələrin yolverilməzliyini bəyan etməklə kifayətlənməməyə, buna beynəlxalq siyasi qiymət verməyə çağırır. Bunu "Rosatom" dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev bəyan edib.
Rosatom-un məlumatına görə, avqustun 11-də saat 20.20 və 20.32-də Zaporojye Atom Elektrik Stansiyasının iki soyuducu qülləsindən biri Ukraynanın hücum PUA-ları tərəfindən iki dəfə vurulub, nəticədə daxili strukturlarda yanğın baş verib. Dövlət Korporasiyasından verilən məlumata görə, saat 23.30-da əsas yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb.
Rusiya BAEA-nı insidentlə bağlı məlumatlandırıb.
"Biz BAEA rəhbərliyinin ilk reaksiyasını görürük, lakin biz onları bu cür hərəkətlərin yolverilməzliyini bəyan etməklə kifayətlənməməyə çağırırıq", Lixaçov vurğulayıb.
"Biz hücumu sadəcə təxribat kimi deyil, infrastrukturun təhlükəsizliyinə məqsədyönlü hücum kimi qiymətləndiririk. Həm soyutma qülləsi, həm də su soyutma sistemləri nüvə enerjisi obyektinin təhlükəsizliyinin əsas elementləridir. Onlara çox ciddi ziyan dəyib", baş direktor qeyd edib.
Zaporojye AES Enerqodarda yerləşir və ümumi gücü 6 QVt olan 6 enerji blokundan ibarətdir. Bu, Avropanın ən böyük atom elektrik stansiyasıdır. 2022-ci ilin fevral ayının sonunda obyekt Rusiya qüvvələri tərəfindən nəzarətə götürülüb. O vaxtdan bəri Ukrayna ordusunun bölmələri pilotsuz uçuş aparatları, ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən istifadə etməklə vaxtaşırı həm Enerqodarın yaşayış məntəqələrini, həm də Zaporojye Atom Elektrik Stansiyasının ərazisini atəşə tutub.