BAKI, 15 avqust — Sputnik. Avqustun 17-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 17-də kimlər anadan olub?
Müslüm Maqomayev (1942-2008) - Sovet, Azərbaycan və Rusiya estrada və opera müğənnisi, bəstəkar, kino aktyoru, Azərbaycan SSR xalq artisti, SSRİ xalq artistidir. O, həm Sovet İttifaqında, həm də Şərqi Avropada məşhur olub.
İlhamə Quliyeva (1943-2016) - müğənni, Azərbaycanın xalq artistidir. O, Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (1965-1970), Azərbaycan Dövlət Filarmoniyasının (1970-1980), Azərbaycan Dövlət Qastrol və Konsert Birliyinin ("Azkonsert") (1980) estrada orkestrinin solisti olub.
İlhamə Quliyeva
© Photo : Publika.az
Oleq Tabakov (1935-2018) - Sovet və Rusiya aktyoru, teatr və kino rejissoru, SSRİ xalq artistidir. O, A.P. Çexov adına Moskva İncəsənət Teatrının bədii rəhbəri və direktorudur (2000-2018).
Oleq Tabakov
© Sputnik / Yevgeny Odinokov
Robert De Niro (1943) - amerikalı aktyor, prodüser və rejissordur. Kriminal filmlər və trillerlərdəki rolları ilə tanınan aktyor rejissor Martin Skorseze ilə əməkdaşlıq edib. O, "Qızıl Qlobus" (1981, 2011) və "Oskar" (1975, 1981) mükafatları laureatıdır.
Robert De Niro
© Michael Zorn / Invision / AP
Şon Penn (1960) - amerikalı aktyor, kinorejissor, ssenarist və prodüserdir. O, "Sirli çay" və "Harvi Milk" filmlərində baş rollara görə "Oskar" mükafatı laureatımı alıb. Bundan əlavə aktyor üç böyük film festivalın – "Kann", "Venesiya" (iki dəfə) və "Berlin mükafatlarını qazanıb.
Şon Pen, arxiv şəkli
© AP Photo / Chris Pizzello
17 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1771-ci ildə ingilis alimi C.Pristli fotosintezi - bitkilərin oksigen buraxma qabiliyyətini kəşf edib.
1896-cı ildə Londonda Artur Edselin idarə etdiyi avtomobil iki uşaq anası olan 44 yaşlı Bridjit Driskolu vurub. Bu, ölümlə nəticələnən qəza avtomobilin piyadanı vurması ilə bağlı dünyada ilk hadisə olub.
1903-cü ildə "sarı mətbuat"ın banisi hesab edilən amerikalı jurnalist Cozef Pulitser "Pulitser" mükafatını təsis edib.
1945-ci ildə İndoneziya Hollandiyadan müstəqilliyini elan edib.
1970-ci ildə SSRİ-də Baykonur kosmodromundan planetin səthindən məlumatları uğurla ötürən ilk "Venera-7" kosmik gəmisi buraxılıb.
1992-ci ildən Beynəlxalq Heyvan Hüquqları Cəmiyyətinin təşəbbüsü ilə təqvimə daxil olan Ümumdünya Sahibsiz Heyvanlar Günü qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.