SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-ın Dövlət Departamenti: Azərbaycan və Ermənistanla işləməyə hazırıq!

Dövlət Departamenti bəyan edib ki, ABŞ hökuməti Ermənistanla Azərbaycanın uzunmüddətli və ləyaqətli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir.
Sputnik
BAKI, 17 avqust — Sputnik. ABŞ Azərbaycan və Ermənistanla tərəflərin razılaşa və irəliləyiş əldə edə biləcəyi istənilən formatda işləməyə hazırdır.
Bu barədə ABŞ Dövlət Departamentinin ATƏT-in Minsk qrupunun gələcək formatı və bu məsələ ilə bağlı Amerika tərəfinin mövqeyi ilə bağlı sorğuya cavabında deyilir.
“ABŞ hökuməti Ermənistanla Azərbaycanın uzunmüddətli və ləyaqətli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir. Biz tərəflərin razılaşa biləcəyi və irəliləyiş əldə edə biləcəkləri istənilən formatda hər iki tərəflə işləməyə hazırıq” - Dövlət Departamentinin bəyanatında qeyd edilib.
15.07.24, 23:20
ABŞ-ın Dövlət Departamenti: Azərbaycan və Ermənistanın sülh danışıqlarında irəliləyiş var
ABŞ-nin Dövlət Departamenti Azərbaycan və Ermənistanın sülh danışıqlarında irəliləyiş əldə etdiyini açıqlayıb.
Bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə söyləyib.
Onun sözlərinə görə, Vaşinqton tərəfləri sülh razılaşması əldə etməyə təşviq etməkdə davam edir:
“Sülh razılaşması region, regionda sülh və təhlükəsizlik üçün çox vacib olardı. Razılaşmanın mümkün olduğunu düşünürük, bunun üçün hər iki tərəfdən mürəkkəb seçimlər və çətin kompromislər tələb olunacaq”.
09.04.24, 23:28
Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi dialoqdan keçir
Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi dialoqdan keçir.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ənənəvi brifinqdə bildirib.
"Biz hər iki tərəfin diqqətinə dialoqun vacibliyi ilə bağlı mövqeyimizi çatdırmışıq. Rəsmi Vaşinqton hər zaman Azərbaycan və Ermənistan arasında müzakirə mühitinin mövcudluğunu dəstəkləyir. Bunu dövlət katibi Antoni Blinken liderlərlə ayrı-ayrılıqda müzakirələr zamanı da bəyan edib.
Azərbaycanla Ermənistan arasındakı dialoqda rol oynamağa hazırıq. Bununla belə mən yaxın vaxtlarda hər hansı görüşün keçirilib-keçirilməyəcəyi barədə fikir söyləməyin tez olduğunu düşünürəm", - o deyib.
Xatırladaq ki, bir müddət əvvəl Miller bildirmişdi ki, ABŞ-nin Azərbaycan və Ermənistanla hər bir qarşılıqlı fəaliyyəti davamlı sülhün əldə edilməsinə yönəlib.
"Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir əlaqəmizdə məqsəd onlar arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq və davamlı sülh sazişi üçün işləməyə təşviq etməkdir", - Miller bildirib.