İDMAN

Azərbaycan Moskvadakı turnirdə 7 idman növündə təmsil olunacaq

Avqustun 18-dək davam edəcək yarışda ölkəmiz minifutbol, basketbol 3x3, voleybol, stolüstü tennis, şahmat, nərd və üzgüçülük idman növləri üzrə təmsil olunacaq.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Bu gün Rusiyada "Kooperativ idmanın inkişafı Assosiasiyalarının Moskva yay oyunları" adlı yarış start götürəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 18-dək davam edəcək yarışda ölkəmiz minifutbol, basketbol 3x3, voleybol, stolüstü tennis, şahmat, nərd və üzgüçülük idman növləri üzrə təmsil olunacaq.
Tədbirdə Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Hava Yolları və Dövlət Neft Şirkətinin əməkdaşları iştirak edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.