RUSİYA

Zaxarova: "Qərb "Şimal axını"ndakı terror aktlarına görə məsuliyyətdən azad olmaq istəyir

Bir gün əvvəl "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenski "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərini partlatmaq planını şəxsən təsdiqləyib.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Qərb ölkələri məsuliyyətdən xilas olmaq üçün "Şimal axını"nda törədilən terror aktını hadisədən iki il sonra araşdırmağa başlayıb. Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Qərbin vəzifəsi "Şimal axını"nda törədilən terror aktına görə məsuliyyətdən yayınmaqdır", o deyib.
Bir gün əvvəl "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenski "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərini partlatmaq planını şəxsən təsdiqləyib. Qəzetin yazdığına görə, əməliyyat kiçik yaxtadan, həmçinin bir neçə dalğıcdan istifadə edilməklə planlaşdırılıb, onların arasında qadın da olub. Mənbə qeyd edir ki, Zelenski bu planı təsdiqləyib. Amma ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bundan xəbər tutanda Ukrayna lideri əməliyyatın ləğv olunduğunu bildirib.
Qaz kəmərlərində partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. Almaniya, Danimarka və İsveç məqsədyönlü təxribat ehtimalını istisna etmirlər. Nord Stream operatoru Nord Stream AG misli görünməmiş dağıntılar olub və Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı iş başladıb. Rusiya Federasiyası dəfələrlə partlayışlarla bağlı məlumat tələb etsə də, heç bir cavab almayıb.