CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 15 avqust – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Avqustun 15-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 15-də kimlər anadan olub?
Afaq Bəşirqızı (1955) - Azərbaycanın xalq artisti, teatr və kino aktrisasıdır. O, "Şöhrət" ordeni laureatıdır. Aktrisa 1989-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisasıdır.
Afaq Bəşirqızı
Napoleon Bonapart (1769-1821) - 1804-1814 və 1815-ci illərdə fransızların imperatoru, müasir Fransa dövlətinin əsasını qoyan sərkərdə və dövlət xadimidir.
Böyük Fransa imperatoru Napoleon Bonapart
Valter Skott (1771-1832) – İngiltərə şairi və tarixçisidir. O, tarixi roman janrının banisi hesab olunur.
Valter Skott
Ben Afflek (1972) - ABŞ kinoaktyoru, rejissoru, ssenaristi və prodüseridir. O, iki "Oskar" mükafatı laureatıdır. Aktyor "Pörl Harbor", "Bütün Qorxunun Məbləği", "Armageddon" və s. filmlərdə rol alıb.
Ben Afflek
Timati (Timur Yunusov, 1983) - rusiyalı repçi, müğənni, musiqi prodüseri, aktyor və sahibkardır. O, 2004-cü ildə "Ulduz fabriki-4" şousunda iştirak etdikdən sonra şöhrət qazanıb. Müğənni 2006-cı ildə "Black Star" adlı debüt solo albomunu çıxarıb.
Timati
Nyuşa Şuroçkina (1990) - rusiyalı müğənni, bəstəkar, aktrisa və teleaparıcıdır.
15 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1723-cü ildə Rusiya imperatorlarının yay iqamətgahı olan Peterqofun təntənəli açılışı olub.
1848-ci ildə Nyu-York ştatının Sirakyus şəhərindən olan amerikalı Uoldo Hançett diş kreslosunu patentləşdirib.
1893-cü ildə Moskvada Tretyakov Qalereyasının rəsmi açılışı olub.
1947-ci ildə Hindistan iki dövlətə - Pakistan və Hindistan İttifaqına bölünüb.
1992-ci ildə Azərbaycanda milli valyuta - manat dövriyyəyə buraxılıb.