BAKI, 15 avqust — Sputnik. Anti-Rusiya sanksiyaları kiprlilərin maraqlarına zərbə vurub.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin dördüncü Avropa departamentinin direktoru Yuri Pilipson "RİA Novosti"yə müsahibəsində bəyan edib.
"Son illərdə Rusiya-Kipr münasibətləri, o cümlədən onların iqtisadi seqmenti düşünmədən və əsassız olaraq ən ciddi ziyana məruz qalıb. Qanunsuz sanksiyalar nəticəsində vicdanlı biznes subyektləri zərər çəkiblər. Özü də həm rusiyalıların, həm də kiprlilərin maraqlarına zərbə dəyib. Uzunmüddətli qarşılıqlı faydalı əlaqələr ya məhv edilib, ya da ciddi şəkildə zədələnib" - Pilipson bildirib.
Onun sözlərinə görə, bu gün "biznesin müntəzəm sahibkarlıq fəaliyyəti yoxlanılarkən əsassız, çox vaxt isə absurd tələblər irəli sürülür", bank və bir çox digər sahələrdə Rusiya Federasiyasına qarşı ayrı-seçkilik müşahidə olunur.
"Aydındır ki, bu xətt Brüsseldən, Vaşinqtondan və Londondan icad edilib və diktə olunur. O, işgüzar ictimaiyyətdə qurulmuş qaydaları və normaları pozur, Qərb ölkələrinin özlərinin və onların iqtisadçılarının maraqlarına ziyan vurur, bizim Nikosiya qarşısında qoyduğumuz ədalətli suallara səbəb olur"- Pilipson sözünü yekunlaşdırıb.
Bundan əvvəl ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının nəticə vermədiyi və Rusiya iqtisadiyyatını ancaq gücləndirdiyi barədə məlumat verilmişdi.