BAKI, 14 avqust — Sputnik. Rusiya tərəfi ümid etmək istərdi ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) Kursk vilayətinə giriş xahişi tamaşa deyil. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) Rusiyadan Ukrayna hərbçiləri tərəfindən insan hüquqlarının pozulması iddialarını yoxlamaq üçün Kursk vilayətinə giriş icazəsi istəyib.
"Mən həqiqətən ümid etmək istəyirəm ki, onların dedikləri məsuliyyətdən boyun qaçırmaq istəyi deyil" - Zaxarova deyib.
Avqustun 6-da səhər saat 5.30-da Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədilə hücuma keçib, onların irəliləməsi dayandırılıb, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib. O, Kursk vilayətində əməliyyatın düşmənin darmadağın edilməsi və dövlət sərhədinə çıxışı ilə yekunlaşacağını vurğulayıb.
Rusiya Müdafiə Nazirliyinin avqustun 13-də verdiyi məlumata görə, Kursk istiqamətində gedən bütün döyüşlər zamanı Ukrayna qoşunları 2030-dan çox hərbi qulluqçu, 35 tank və 31 zirehli transportyor itirib.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Kiyev rejimi təxribata əl atıb və mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açır. Putin bildirib ki, düşmən layiqli cavabını alacaq, Rusiyanın qarşısında duran bütün məqsədlərə nail olunacaq.
Kurskda, həmçinin Belqorod və Bryansk vilayətlərində vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Antiterror Əməliyyat Rejimi tətbiq olunur.