RUSİYA

Putin: Rusiyanın "nou-hau"su döyüş meydanında effektivliyini sübut edib

Rusiya lideri "Army-2024" forumunun iştirakçılarına müraciət edib.
Sputnik
BAKI, 12 avqust — Sputnik. Analoqu olmayan silah sahəsində Rusiya istehsalı olan bir çox "nou-hau" xüsusi hərbi əməliyyat (XHƏ) zamanı effektivliyini sübut edib.
Bunu Rusiya Prezidenti Vladimir Putin "Army-2024" forumunun iştirakçılarına videomüraciətində deyib.
Rusiya lideri qeyd edib ki, forumda dünya şöhrətli qabaqcıl korporasiyaların böyük təqdimatı keçirilib. Yalnız silah, müxtəlif hərbi və xüsusi texnikanın ixrac nümunələrinin 240-dan çox mövqeyi təqdim edilib.
"Vurğulamaq istərdim ki, analoqu olmayan bir çox yerli "nou-hau" innovativ həllər artıq döyüş meydanında öz effektivliyini artıq sübut edib. Üstəlik, onların əsas xüsusiyyətləri daim təkmilləşdirilir və yaxşılaşır", Rusiya dövlət başçısı vurğulayıb.