DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kobaxidze Zurabişvilini müxalifətin "kuklası" adlandırdı

Baş naziri İrakli Kobaxidze deyib ki, Salome Zurabişvili prezident yox, "Milli Hərəkat" partiyasının oyuncağıdır.
Sputnik
BAKI, 12 avqust — Sputnik. Gürcüstanın Baş naziri İrakli Kobaxidze dövlət başçısı Salome Zurabişvilini müxalifətin "kuklası" adlandırıb.
Bu barədə yerli KİV yazıb.
"Salome Zurabişvili özü də etiraf edib ki, o, konstitusiyanı pozan prezidentdir və "Milli Hərəkat" partiyasının (sabiq prezident Mixail Saakaşvilinin müxalifət partiyası – red.) impiçmenti dəstəkləməməsi səbəbindən öz mövqeyini qoruyub. O, artıq Gürcüstanın prezidenti deyil və Milli Hərəkat üçün prezident adi bir oyuncaqdır, buna görə də, onun sözləri və bəyanatları heç bir gücə malik deyil", Kobaxidze jurnalistlərə bildirib.
Gürcüstan prezidentinin hökumətlə razılaşdırılmayan xarici səfərləri əvvəllər Zurabişvili ilə hakim partiya arasında münaqişəyə səbəb olub. "Gürcü arzusu" hətta prezidentə qarşı impiçment tələbi ilə konstitusiya məhkəməsində iddia qaldırıb. Məhkəmə onun qanunu pozduğunu müəyyən edib, lakin parlamentdə səs yetərsizliyi səbəbindən impiçment prosesi başa çatmayıb.
Bundan əlavə, Zurabişvili dəfələrlə hakim partiyanı xarici siyasətdəki hərəkətlərinə görə tənqid edib.