BAKI, 12 avqust - Sputnik. Fransanın paytaxtı Parisdə, "Stad De Frans"da XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Olimpiya bayrağını ABŞ-nin Los Anceles şəhərinin meri Karen Basa təqdim edib. Qeyd edək ki, növbəti Olimpiya Oyunları 2028-ci ildə Los Ancelesdə keçiriləcək.
Bağlanış mərasimindəki paradda Azərbaycan bayrağını olimpiadada gümüş medal qazanan taekvondoçu Qaşım Maqomedov (58 kq) və bədii gimnastika üzrə qrup hərəkətləri komandasının heyətində 5-ci yeri tutan Zeynəb Hümmətova daşıyıb.
***
Fransanın paytaxtı Parisdə, "Stad De Frans"da XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir.
Bağlanış mərasimindəki paradda Azərbaycan bayrağını olimpiadada gümüş medal qazanan taekvondoçu Qaşım Maqomedov (58 kq) və bədii gimnastika üzrə qrup hərəkətləri komandasının heyətində 5-ci yeri tutan Zeynəb Hümmətova daşıyacaq.
Qeyd edək ki, iyulun 26-da Sena çayı ətrafında açılış mərasimi olan Paris-2024-də Azərbaycan 48 idmançı ilə təmsil olunub. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edib. Millimizin heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.
İdmançılarımız yarışı 30-31-ci pillələrdə başa vurmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıblar. Komandamız yarış cədvəlində sözügedən mövqeləri Xorvatiya ilə bölüşüb. 30-cu yer Azərbaycanın olimpiadalar tarixində ən yaxşı göstəricisi olub. Belə ki, ölkəmiz 32-ci yeri tutduğu London-2012 Yay Olimpiya Oyunlarındakı göstəricini üstələyib.
07.04.24, 22:20
Azərbaycanın güləşçisiləri tam tərkibdə "Paris-2024"ə lisenziya qazanıblar
Azərbaycanın sərbəst güləşçisiləri tam heyətlə (bütün çəki dərəcələrində) "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər.
Azərbaycan millisinin idmançıları bu uğura Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin son görüşündə, Georgi Meşvildişvilinin (125 kq) qələbəsi sayəsində imza atıb.
31 yaşlı idmançı yarımfinalda bolqarıstanlı Alen Xubulova 7:0 hesabı ilə qalib gələrək, bunu reallaşdırıb.
Xatırladaq ki, bu gün bu gün ilk olaraq Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və son olaraq Georgi Meşvildişvilinin (125 kq) qələbəsi ilə Azərbaycan güləşçiləri Fransa paytaxtında bütün çəki dərəcələrində mübarizə aparacaqlar.
***
Azərbaycanın 6-cı sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin son görüşündə Georgi Meşvildişvili (125 kq) olimpiadada iştirak hüququna yiyələnib.
31 yaşlı idmançı yarımfinalda bolqarıstanlı Alen Xubulova 7:0 hesabı ilə qalib gələrək, bunu reallaşdırıb.
Bu gün Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86) da olimpiadaya lisenziya qazanıblar. Daha əvvəl digər sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadada iştirak hüququna yiyələnmişdi.
Qeyd edək ki, Azərbaycan idmançıları Paris-2024-ə ümumilikdə 16 lisenziya qazanıblar.
***
Azərbaycanın sərbəst güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.
Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bu dəfə Osman Nurmaqomedov bunu reallaşdırıb.
86 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı pəhləvan Avropa çempionu olan ukraynalı Vasili Mixaylonu yarımfinalda 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Turan Bayramov (74 kq) da olimpiadaya lisenziya qazanıblar.
***
Azərbaycanın daha bir sərbəst güləşçisi Turan Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.
74 kq çəki dərəcəsində çıxış edən idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu reallaşdırıb.
23 yaşlı pəhləvan yarımfinalda ikiqat dünya və dördqat Avropa çempionu olan İtaliya təmsilçisi Frank Çamizonu üstələyib. Görüş 8:8 hesabı ilə yekunlaşıb. Xalların keyfiyyətinə görə, Turan Bayramov qalib elan olunub.
Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) də olimpiadaya lisenziya qazanıblar.
***
Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev (65 kq) ardıcıl üçüncü dəfə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Üçqat dünya və dördqat Avropa çempionu Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu bacarıb.
32 yaşlı idmançı yarımfinalda Albaniya təmsilçisi İslam Dudayevə 6:3 hesabı ilə qalib gəlib.
H.Əliyev Rio-2016-da bürünc, Tokio-2020-də gümüş medala yiyələnib.
Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq) də olimpiadaya lisenziya qazanıb. Daha əvvəl isə digər sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) bunu bacarmışdı.
***
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
26 yaşlı idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu bacarıb.
Əliabbas Rzazadə Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovdan güclü olub. Qitə çempionlarının duelindən Əliabbas Rzazadə 4:3 hesablı qələbə ilə ayrılıb.
Bununla Azərbaycanın Paris-2024-ə lisenziya qazanan idmançılarının sayı 12-yə yüksəlib. Daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadaya lisenziya əldə etmişdi.
***
Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə bu gün yekun vurulacaq.
“Report”un məlumatına görə, son gündə sərbəst güləşçilər mübarizə aparacaqlar.
Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində italiyalı Simone Piroddu ilə güləşəcək. Hacı Əliyev (65 kq) eyni raundda Fransanı təmsil edən Xamzat Arsamerzoyevi sınağa çəkəcək.
Turan Bayramov (74 kq) 1/8 finalda isveçrəli Tobias Portmannla qarşılaşacaq. Osman Nurmaqomedov (86 kq) ilk mərhələdə litvalı Domantas Pavluçenkoya qalib gəlməyə çalışacaq.
Mübarizəyə 1/4 finaldan qoşulacaq Georgi Meşvildişvili (125 kq) isə Abraham Konyedo (İtaliya) - Paris Karepi (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, ilk iki gündə 4 yunan-Roma və 5 qadın güləşçimiz uğursuz çıxış edib.