BAKI, 11 avqust - Sputnik. Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 28-ci pillədə qərarlaşıb.
Hələlik komandanın aktivində 2 qızıl, 2 gümüş və 2 bürünc mükafat var.
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıblar.
Ukrayna (3 qızıl, 5 gümüş, 4 bürünc) 21-ci, İran (3 qızıl, 5 gümüş, 2 bürünc) 22-ci, Gürcüstan (3 qızıl, 2 gümüş, 1 bürünc) 24-cü, qardaş ölkə Türkiyə (3 gümüş, 5 bürünc) 64-cü, Ermənistan (3 gümüş, 1 bürünc) 66-cı sıradadır.
İlk "üçlük"də Çin (39 qızıl, 27 gümüş, 24 bürünc), ABŞ (38 qızıl, 42 gümüş, 42 bürünc), və Avstraliya (18 qızıl, 18 gümüş və 14 bürünc) yer alıblar.
Qeyd edək ki, Paris-2024 bu gün başa çatacaq.

07.08.24, 10:03
“Paris-2024”: Bu gün Azərbaycan idmançıları hansı növlərdə yarışacaqlar
Bu gün Azərbaycanın daha üç idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq. Onlardan ikisi güləşçi, biri isə taekvondoçudur.
Yunan-Roma güləşçiləri Həsrət Cəfərov (67 kiloqram) və Rafiq Hüseynov (87 kiloqram) 1/8 finalda, müvafiq olaraq, misirli Mohamed Elsayed və macarıstanlı David Loşontsi ilə üz-üzə gələcəkıər.
Taekvondoçu Qasım Maqomedov (58 kiloqram) da mübarizəyə 1/8 finaldan qoşulacaq. Onun rəqibi irlandiyalı Cek Uolley olacaq.
Bu gün, həmçinin Sənan Süleymanov (77 kiloqram) bürünc medal görüşünə çıxacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar.
Boksçumuz Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.