BAKI, 10 avqust — Sputnik. Moskva İran və İsrail arasında gərginliyin kəskinləşməsi fonunda tərəfləri eskalasiyaya səbəb ola biləcək addımlardan əl çəkməyə çağırır. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.
"Biz hamı ilə təmasdayıq. Gərginliyin azaldılmasının tərəfdarıyıq. Mən dünən İsrail səfiri ilə görüşdüm. Biz hamını regionun bütün ölkələri üçün fəlakət təhlükəsi yaradan eskalasiyadan çəkinməyə çağırırıq. Biz bunu etməliyik. Problemin syasi həllini tapmalıyıq", o bildirib.
Bununla bağlı o, avqustun əvvəlində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana səfərini də xatırladıb.
Keçən həftə yüksək rütbəli şiə komandiri Fuad Şükr İsrailin Beyrutun kənarına endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Hərəkatın lideri Həsən Nəsrullah "Hizbullah"ın İsraillə mübarizənin yeni mərhələsinə keçdiyini və güclü zərbə endirmək niyyətində olduğunu bildirib. Daha sonra HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb, onun ölümünə görə İsrail qisas alınacağı ilə hədələnib. İsrail rəhbərliyi İran və bölgədəki müqavimət hərəkatlarının hücumu halında Livana kütləvi zərbələr endirməyə hazır olduğunu bəyan edib.